BAKI, 17 dekabr. TELEQRAF

Hazırkı ABŞ administrasiyası "mülki nüvə enerjisi ilə əlaqəli" Rusiya banklarını sanksiyalardan azad edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Aşağıda adları çəkilən banklar 18 iyun 2026-cı ilə qədər sanksiyalardan azad edilib.

- "Qazprombank" Səhmdar Cəmiyyəti;

- "İnkişaf və Xarici İqtisadi Fəaliyyət Bankı" Dövlət Korporasiyası, "Vneşekonombank";

- "Bank Maliyyə Korporasiyası "Otkritie";

- "Sovkombank";

- "Rusiya Sberbankı";

- "VTB Bank";

- "Alfa-Bank" ;

- "Rossbank";

- "Bank Zenit";

- "Sankt-Peterburq Bankı";

- Milli Klirinq Mərkəzi (NCC);

- Yuxarıda qeyd olunan hüquqi şəxslərdən birinin və ya bir neçəsinin birbaşa və ya dolayı yolla, fərdi və ya ümumilikdə 50% və ya daha çox paya sahib olduğu istənilən təşkilat;

- Rusiya Federasiyası Mərkəzi Bankı.