BAKI, 17 dekabr. TELEQRAF

İran nümayəndə heyəti bir ay ərzində Rusiyaya səfər edərək Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üzrə müqaviləni imzalayacaq.

Teleqraf xarici KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın nəqliyyat infrastrukturunun tikintisi və inkişafı üzrə direktoru Huşanq Bazvand bildirib.

Onun sözlərinə görə, müqavilənin imzalanmasından sonra faktiki olaraq dəmir yolunun tikintisi başlayacaq:

"İran dəmir yolunun layihələndirilməsi və tikintisi məsələsində Rusiya tərəfindən irəli sürülən təkliflərin təxminən 70 %-ni qəbul edib. Baş podratçı olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) strukturuna daxil olan "Xatəm əl-Ənbiya" tikinti şirkəti seçilib".