BAKI, 17 dekabr. TELEQRAF

Macarıstan Avropa İttifaqının (Aİ) Ermənistana hərbi yardım göstərilməsi ilə bağlı qoyduğu vetonu aradan qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Avropa xidməti məlumat yayıb.

Bununla da Avropa Sülh Fondu çərçivəsində Ermənistana təxminən 20 milyon avro məbləğində hərbi yardımın ayrılması mümkün olacaq.

Qərarın yanvar ayında rəsmiləşdiriləcəyi bildirilir.

Xatırladaq ki, bundan əvvəl Brüsselin Avropa Sülh Fondu vasitəsilə hərbi məqsədlər üçün Ermənistana 20 milyon avro ayırması qərarına Budapeşt tərəfindən veto qoyulub. Macarıstan xarici işlər naziri Peter Siyarto 2025-ci ilin mayında İrəvanda keçirilən beynəlxalq konfransda bu məsələyə toxunub. Siyarto bəyan edib ki, Macarıstan Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırmasına qarşı deyil, amma regionda balansı qorumaq üçün Azərbaycana da eyni səviyyədə yardım ayrılmalıdır.