BAKI, 17 dekabr. TELEQRAF

Gümrü meri Vardan Qukasyanın həbs müddəti 3 ay uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd edilir ki, Milli Məclisin "Hayastan" fraksiyasından üç deputat - Mher Melkonyan, Qarnik Danielyan və Geqam Manukyan Gümrü meri Vardan Qukasyanın həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə zəmanət təqdim ediblər. Aktyor Levon Harutyunyan da zaminlərə qoşulub. Lakin məhkəmə Vardan Qukasyanın həbs müddətini uzadıb.

Xatırladaq ki, o, rüşvət almaq ittihamı ilə həbs olunub.