BAKI, 17 dekabr. TELEQRAF
"Almaniya digər NATO üzvləri ilə birlikdə Ukraynanın təhlükəsizliyinin qarantı olmalıdır".
Teleqraf xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib.
F.Merz bildirib ki, Almaniya müttəfiqləri ilə birlikdə atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə öz töhfəsini verməlidir.
Onun sözlərinə görə, bu töhfənin təfərrüatı vaxtında müzakirə olunmalıdır.
Merz həmçinin başlanan diplomatik prosesin tamamlanacağına ümid etdiyini bildirib.