BAKI, 13 dekabr. TELEQRAF
Moskvada qəzaya uğrayan yüngül mühərrikli təyyarənin qalıqları tapılıb.
Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarə heyəti tibbi yardım üçün meşədən aerodroma təxliyə edilib.
Qeyd edək ki, bu gün saat 17:30 radələrində Moskva yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində iki pilot olub və hər ikisi sağ qalıb.
İlkin məlumatlara görə, qəzaya səbəb təyyarə mühərrikinin sıradan çıxması olub.