BAKI, 30 yanvar. TELEQRAF
Vaşinqton və Buenos-Ayres ABŞ-də saxlanılan qanunsuz immiqrantların Argentinaya deportasiyasını müzakirə edirlər.
Teleqraf xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb. Nəşr yazır ki, Amerika Birləşmiş Ştatları və Argentina ABŞ-a digər ölkələrdən gələn immiqrantları Cənubi Amerika ölkəsinə deportasiya etməyə imkan verən razılaşma üzrə fəal danışıqlar aparır.
Məlumata görə, müqavilə ABŞ-yə qanunsuz giriş etdikləri üçün saxlanılan xarici vətəndaşların Argentinaya göndərilməsinə imkan verəcək. Oradan onlara öz ölkələrinə uçuşlar təklif edilə bilər.