BAKI, 31 yanvar. TELEQRAF

Türkiyə Somalidə üç F-16 döyüş təyyarəsi yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Somali rəsmilərinə istinadla “Middle East Eye” məlumat yayıb.

Nəşr bildirib ki, Ankara son bir neçə ay ərzində F-16-ların yerləşdiriləcəyi bazanı qurub. Türkiyə mühəndisləri bir neçə gündür Moqadişu Beynəlxalq Hava Limanında təyyarələrin gəlişinə hazırlıq görüblər.

Sentyabrdan bəri hava limanında bir neçə yeni anqarın tikildiyi deyilir.

Məlumata görə, F-16-lar Ankara tərəfindən Somaliyə göndərilməsi planlaşdırılan neft hasilatı platforması layihəsi çərçivəsində yerləşdirilib. Platforma bu il Somali sahillərində qazma işlərinə başlayacaq. Həmçinin, Moqadişunun şimalında kosmik baza layihəsi də planlaşdırılır.

“Ankara uzun müddətdir ölkənin geniş torpaq sahələrini nəzarətdə saxlayan “Əş-Şəbab” terror təşkilatına qarşı Somaliyə dəstək verir. Amma İsrailin bu ayın əvvəlində Somaliləndi “müstəqil dövlət” kimi tanıması və bu fonda Afrika Buynuzunda artan gərginlik Ankara üçün Somali fəaliyyətini daha kritik edib. Türkiyə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclasından sonra yayımlanan bəyanatda Somali ərazisinin bütövlüyünü dəstəkləyib”, - nəşr yazıb.

Xatırladaq ki, Türkiyə iyunda “Bayraktar TB2” və “Akıncı” kimi PUA-larla yanaşı, Somalidə T-129 hücum helikopterləri yerləşdirib. Türkiyə 2024-cü ilin fevralında tərəflər arasında imzalanan və Ankaranın Moqadişu üçün dəniz qüvvəsi qurmasına yardım etməsini də nəzərdə tutan müdafiə müqaviləsi çərçivəsində Somali donanmasına iki çoxfunkasiyları təhvil verib. Ankara 2011-ci ildən Somaliyə böyük həcmdə investisiyalar qoyarkən, Somali ordusuna hərbi təlimlər keçir.