İran ABŞ ilə razılığa gəlmək istəyir.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib:

“Sizə bir şey deyə bilərəm: onlar razılığa gəlmək istəyirlər”.

Tramp daha öncə qeyd edib ki, Venesuela sahillərində əvvəllər yerləşdiriləndən daha çox hərbi dəniz qrupu İran sahillərinə doğru gedir.

Ağ Ev rəhbəri həmçinin İslam Respublikasına xəbərdarlıq edərək bildirib ki, Vaşinqton və Tehran razılığa gəlməsələr, "nə olacağını görəcəyik".

O, ABŞ ilə razılaşmanın hansı müddət ərzində bağlana biləcəyi barədə dəqiq məlumata yalnız İran rəhbərliyinin malik olduğunu vurğulayıb.