BAKI, 10 dekabr. TELEQRAF
Parisdə yerləşən "Christie’s" auksion evi 1941-ci ilə aid nadir Pablo Pikassonun “Qadın üzü” əsərini nümayiş etdirib.
Teleqraf xəbər verir ki, bu barədə "BBC" yazır.
Məlumata görə, əsərin dəyəri təxminən 1 milyon avro olsa da, bu dəfə ənənəvi hərrac deyil, xeyriyyə lotereyası təşkil edilib.
İstənilən şəxs cəmi 100 avroya bilet alaraq məşhur rəssamın əsərinə sahib olma şansı əldə edə bilər. Toplanacaq bütün vəsait Alzheimer xəstəliyinin araşdırmaları və yeni müalicə metodlarının hazırlanması ilə məşğul olan Fransadakı fonda yönəldiləcək.
Təşkilatçılar bildirirlər ki, bu format həm problemi cəmiyyətə daha geniş tanıtmağa, həm də elmi araşdırmalara dəstək vermək istəyənlər üçün əlçatan imkan yaratmağa xidmət edir.