BAKI, 9 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bir daha kabinet üzvləri ilə keçirilən iclas zamanı yuxulaması ilə gündəmə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə CNN yazır.

Kadrları Kaliforniya qubernatoru Qevin Nyusomun mətbuat xidməti “Yuxulayan Don geri döndü” qeydi ilə paylaşıb. Fotolarda prezidentin mürgülədiyi təəssüratı yaranır. Ağ Evin rəsmiləri isə bunu qəti şəkildə təkzib edərək bildiriblər ki, Tramp tam oyaq olub və media suallarına fəal şəkildə cavab verib.

Bundan əvvəl də noyabr ayında Trampın Oval kabinetdə keçirilən iclas zamanı gözlərinin bağlı çəkilmiş fotoları internetdə müzakirə mövzusuna çevrilmişdi və onun tənqid olunmasına səbəb olmuşdu. Bu görüntülər ABŞ liderinin siyasi rəqibləri tərəfindən tənqid dalğası yaratmışdı. CNN-in qeyd edir ki, yorğun görünüş hər bir prezident üçün adi haldır.