BAKI, 9 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hökumətin amerikalı fermerlərə 12 milyard dollar məbləğində maliyyə yardımını təsdiqlədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə kənd təsərrüfatı nümayəndələri ilə görüş zamanı danışıb.
Tramp bildirib ki, bu məqsədlə ayrılan vəsait ABŞ-nin digər dövlətlərə qarşı tətbiq etdiyi rüsumlar nəticəsində əldə olunan gəlirlərin kiçik bir hissəsidir.
“Bu vəsaitdən istifadə edərək amerikalı fermerlərə 12 milyard dollarlıq iqtisadi yardım təqdim edirik”, - o bildirib.
Prezident həmçinin vurğulayıb ki, Çin və Yaponiya da daxil olmaqla bir sıra ölkələr ABŞ-dən kənd təsərrüfatı məhsullarının idxalını artırmağa razılıq verib.