BAKI, 7 dekabr. TELEQRAF
ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp ABŞ liderinin Ukraynadan üz döndərə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bunu Dohadakı forum çərçivəsində açıqlayıb.
“Düşünürəm ki, o, bunu edə bilər”, - deyə Trampın oğlu müvafiq suala cavabında bildirib.
Onun sözlərinə görə, belə bir qərarın mümkün səbəblərindən biri prezident Co Bayden administrasiyasının deyil, məhz hazırkı Ağ Ev rəhbəri Donald Trampın Ukraynada, xüsusilə prezident Vladimir Zelenskinin ətrafında müşahidə etdiyi korrupsiya hallarından narazılıq ola bilər.