BAKI, 6 dekabr. TELEQRAF

ABŞ Dövlət Departamenti Danimarkaya inteqrə olunmuş hava və raketdən müdafiə sistemi satışına rəsmən razılıq verib.

Teleqraf xəbər verir ki, Pentaqonun açıqlamasına əsasən, sövdələşmənin dəyəri 3 milyard dollardır və paketə 8 ədəd buraxılış qurğusu, 2 ədəd Sentinel A4 radiolokasiya stansiyası, IBCS inteqrə olunmuş idarəetmə sistemi, əlavə avadanlıq və təminat daxildir.

Pentaqon bildirib ki, bu satış Danimarkanın NATO üzrə təhlükəsizliyini gücləndirəcək və ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik hədəflərinə uyğundur.