BAKI, 5 dekabr. TELEQRAF
ABŞ-nin Florida ştatının Cənub Dairə Məhkəməsi maliyyəçi Ceffri Epşteyn işi üzrə böyük münsiflər heyətinə aid materialların açıqlanmasına dair qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə sənədə istinadən məlumat yayılıb.
Qərarda bildirilir ki, ABŞ hökumətinin böyük münsiflər heyətinin protokollarının məxfiliyinin götürülməsi və məhkəmənin mühafizə qərarına dəyişiklik edilməsi ilə bağlı müraciəti təmin olunub.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp maliyyəçi Epşteynə dair materialların ictimaiyyətə açıqlanmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.