BAKI, 2 dekabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələri yaxın günlərdə Kupyansk-Uzlovaya nəzarəti təmin edəcək.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidenti Vladimir Putin deyib.

"Düşünürəm ki, bir neçə günə bu şəhəri də alacağıq", - Putin bildirib.

Putin həmçinin elan edib ki, rus qoşunları Kupyanskın həm sağ, həm də sol sahil hissələrinə nəzarət edir. O qeyd edib ki, Kupyansk bir həftədir Rusiyanın hərbi nəzarəti altındadır.