BAKI, 17 mart. TELEQRAF

2025-ci ildə Azərbaycanın xalis xarici maliyyə öhdəlikləri 398.9 milyon dollar artıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.

Məlumata görə, bu xaricdən cəlb olunan birbaşa investisiyalar (-76.2 milyon dollar), neft bonusu (450.4 milyon dollar), portfel investisiyaları (-28.1 milyon dollar) və digər investisiyalar (52.8 milyon dollar) hesabına formalaşıb.