BAKI, 17 mart. TELEQRAF
İran ABŞ üçün Vyetnama çevrilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə "Sky News"a müsahibədə bildirib.
Onun sözlərinə görə, amerikalıların ABŞ-nin İrana hücum etmək üçün heç bir səlahiyyəti yoxdur: "Onlar hərbi gücdən o qədər sərxoş olublar ki, istədiklərini edə biləcəklərini düşünürlər, amma bu belə deyil. Özümüzü müdafiə edəcəyik. Vyetnamda baş verənlər haqqında oxuyun. ABŞ-ni bu müharibəyə cəlb edənlər, onları bataqlığa sürükləyirlər", - deyə İran xarici işlər nazirinin müavini bildirib.
Xatibzadənin sözlərinə görə, quru hücumları "vəhşi, ehtiyatsız və bütün beynəlxalq hüquqa zidd" addım olardı.
XİN rəsmisi Amerika rəsmilərini İsrailin ideyalarını həyata keçirməmək barədə xəbərdar edib: "Yəhudi dövlətinin öz prinsipi var; başqasının hesabına qalib gəlmək. ABŞ İranla münasibət qurarkən iki dəfə düşünməlidirlər. ABŞ vergi ödəyicilərinin və əsgərlərinin qanı hesabına İrana qarşı müharibədə qalib gələ biləcəyi barədə verilən məsləhətlərə qulaq asmamalıdır".