BAKI, 17 mart. TELEQRAF
Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.
Bir daha qeyd edilib ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və bu da sərnişinlərin mənzil başına gecikməsi ilə nəticələnir.