BAKI, 17 mart. TELEQRAF

2025-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3.5 mlrd. dollar təşkil edib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, ümumilikdə, hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olub.

İxrac 2 mlrd. dollar olmaqla 1.5 mlrd. dollarlıq idxalı üstələyib. Nəticədə turizm xidmətləri üzrə 438 mln. dollar həcmində profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.5 mlrd. dollar olub. Bunun 74.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlıdır.