BAKI, 17 mart. TELEQRAF

2025-ci il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 41.8 mlrd. təşkil edib, neft-qaz sektoru üzrə 18.1 mlrd. dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 11.7 mlrd. dollar həcmində kəsiri bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.

Məlumata görə, nəticədə hesabat dövründə xarici ticarət balansında 6.4 mlrd.$ həcmində profisit yaranmışdır. 2025-ci il üzrə Azərbaycanın dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 12.6%-i MDB üzvü olan ölkələrin, 87.4%-i isə digər xarici ölkələrin payına düşür.