BAKI, 22 noyabr. TELEQRAF
Kolumbiya təhlükəsizlik qüvvələri Sakit Okean sahilindəki Buenaventura limanında keçirdikləri əməliyyat zamanı konteynerlərə gizlədilmiş 14 ton narkotik maddə aşkarlayıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, əməliyyat son 10 ilin ən iri əməliyyatı olub. Narkotik maddələrin Hollandiyaya göndərilməsi planlaşdırılıb. Əldə edilən kokainin bazar qiyməti təxminən 388 milyon ABŞ dolları dəyərindədir.
Kolumbiya Prezidenti Qustavo Petro əməliyyatı həyata keçirən polis əməkdaşlarını alqışlayıb.