BAKI, 21 noyabr. TELEQRAF

Hindistan Rusiya neftinin alış həcmini azaltmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" ABŞ-dəki mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, son üç il ərzində Hindistan Rusiyadan nefti ciddi endirimlə alırdı. Lakin ABŞ-nin yeni sanksiyalarının qüvvəyə minməsi fonunda Yeni Dehli növbəti idxal partiyalarını məhdudlaşdırmaq niyyətindədir.

Xatırladaq ki, 2025-ci ilin avqustunda ABŞ Hindistandan idxal olunan mallara tətbiq edilən rüsumları iki dəfə artıraraq 50%-ə qaldırmışdı. Vaşinqton bunu Hindistanın Rusiya iqtisadiyyatını neft alışları ilə dəstəkləməsinə cavab tədbiri kimi izah edib.