BAKI, 8 noyabr. TELEQRAF
"Tayvan ordusu tərəfindən qəbul edilən Amerika "M1A2T Abrams" tankları Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmini və qabiliyyətini sarsıtmağa qadir deyil".
Teleqraf xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin sözçüsü Jiang Bin deyib.
Çin ordusunun sözçüsü brifinqdə qeyd edib ki, Tayvanın müstəqilliyinin tərəfdarları hərbi güc balansını yaxşı bilirlər.
Jiang Bin vurğulayıb ki, onların “bir neçə Amerika silahı” nümayiş etdirməsi “ heç nəyi dəyişməyəcək: "Onlar Tayvan xalqını çaşdırmaqla məşğuldurlar".