BAKI, 16 mart. TELEQRAF

Mandatı Rusiya Liberal Demokrat Partiyasının keçmiş sədri Vladimir Jirinovskidən alan Dövlət Dumasının deputatı Andrey Svintsov "Telegram" mesajlaşma tətbiqinin bloklanması ilə bağlı mövqeyinə görə partiyadan xaric edilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Vedomosti" nəşri məlumat yayıb.

Qəzetin mənbələrindən birinin məlumatına görə, RLDP lideri Leonid Slutski "Telegram"ın bloklanması ilə bağlı sərt mövqeyinə görə Svintsovun fraksiyadan çıxarılması məsələsini dəfələrlə qaldırıb.

Slutski ona dəfələrlə bunun son xəbərdarlığı olduğunu deyib və şərh verməməyə çağırıb.