BAKI, 17 mart. TELEQRAF
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Əlavə məlumat veriləcək.
***
11:33
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.