BAKI, 17 mart. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ay Azərbaycan 4 milyard 187 milyon 47.24 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 1 milyon 550 milyon 401.43 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən ilə müqayisədə 4.42% artıb, dəyəri isə 17.1% azalıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 35.07% olub.
İxrac edilən neftin həcminə gəlincə, 1 milyard 704 milyon 408.42 min dollar dəyərində 3 milyon 600 min 307.38 ton xam neft və xam neft məhsulları satılıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 24.65%, dəyəri isə 36.22% azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46.51% olub.