BAKI, 17 mart. TELEQRAF

Bu gün Xocavənd rayonunun Xocavənd kəndinə köçürülən 11 ailəyə mənzillərin açarları təqdim olundu.

Teleqraf xəbər verir ki, təqdimetmə mərasimində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

***

13:01

Bu gün Bakıdan yola düşən növbəti köç karvanı Xocavənd rayonunun Xocavənd kəndinə çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.