BAKI, 27 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
Bildirilib ki, tərəflər Kasım-Jomart Tokayevin yaxın vaxtlarda Rusiyaya planlaşdırılan dövlət səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.
Bundan əlavə, iki ölkə lideri beynəlxalq gündəmdəki aktual məsələlər və regiondakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.