BAKI, 23 oktyabr. TELEQRAF
Ukrayna atəşkəs üzrə danışıqlara istənilən formatda hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, əsas məqsəd ədalətli və uzunmüddətli sülhün əldə edilməsidir:
"Atəşkəs mümkündür. Düşünürəm ki, hamımız atəşkəs istəyirik, lakin bunun üçün Rusiyaya daha çox təzyiq göstərilməlidir. Danışıqların formatından asılı olmayaraq, əsas məsələ onların şərtləridir. Ukraynanın prioriteti ədalətli və davamlı sülhün təmin olunmasıdır".