BAKI, 19 oktyabr. TELEQRAF

"Ukraynadakı münaqişəyə son qoyulması Kiyev üçün ərazi itkisi deməkdir".

Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bəyan edib.

“O (Putin- red.) mütləq nə isə alacaq, döyüşüblər”, - Tramp Rusiyanın Ukraynadakı münaqişəni Kiyevə əhəmiyyətli ərazi itirmədən sona çatdırmağa hazır olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.