BAKI, 17 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Budapeştdəki görüşünün keçiriləcəyi mümkün yerlər açıqlanıb.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, görüş ya Macarıstanın ən böyük stadionu “Puşkaş Arena”da baş tuta bilər.

Həmçinin mümkün yerlər arasında hökumət rezidensiyası kimi tanınan “Karmelit monastırı” və Budadakı “Varkert bazar” arxitektura kompleksi var.

Bildirilir ki, 2019-cu ildə Vladimir Putinin Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla görüşü “Karmelit monastırı” rezidensiyasında baş tutmuşdu.