BAKI, 13 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Misir Prezidenti Əbdülfəttah əs-Sisinin çox güclü lider olduğunu deyib.

Teleqraf xəbər verir ki, o Misirdə cinayətin olmadığını bildirib.

“Misirdə cinayət azdır, çünki onlar bizim kimi oyun oynamırlar. ABŞ-dəki qubernatorlar nə etdiklərini bilmirlər”, - Tramp vurğulayıb.

O, əs-Sisinin cinayətləri çox tez aradan qaldırdığını əlavə edib.

Tramp bunun bəziləri üçün xoş görünmədiyini desə də, insanların soyğun və zorakılığa məruz qalmaq istəmədiyini qeyd edib.

Xatırladaq ki, 115 milyondan çox əhalisi olan Misirdə qadınlara qarşı təcavüz və digər cinayətlər mövcuddur, lakin polis ağır metodlardan, o cümlədən işgəncədən istifadə edir.