BAKI, 9 oktyabr. TELEQRAF

ABŞ-nin sabiq prezidenti Co Bayden vəzifədən getdikdən sonra ilk dəfə ictimai tədbirdə çıxış edəcək.

Teleqraf xəbər verir ki, Bayden noyabrın 7-də Nebraskada keçiriləcək Demokratlar Partiyasının tədbirində çıxış edəcək.

Bu barədə tədbirin rəsmi saytında məlumat yer alıb.

Məlumata görə, tədbir keçmiş demokrat senator Ben Nelsonun şərəfinə təşkil olunacaq. Tədbirdə rəsmilər, partiya liderləri və könüllülər Demokrat Partiyasına verdikləri töhfəyə görə təltif ediləcəklər.