BAKI, 4 oktyabr. TELEQRAF
Almaniya dronlara qarşı müdafiə sistemlərinin hazırlanması sahəsində Ukrayna və İsraillə əməkdaşlıq qurmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindtə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya Federal Polisi nəzdində yalnız pilotsuz uçuş aparatları ilə mübarizə ilə məşğul olacaq yeni xüsusi bölmə yaradılacaq. Bölmənin tərkibində tədqiqat və inkişaf şöbələri də fəaliyyət göstərəcək.
Nazir vurğulayıb ki, bu təşəbbüs Almaniyanın milli təhlükəsizliyini gücləndirməyə və müttəfiqlərlə birgə yeni texnologiyaların inkişafına xidmət edəcək.