BAKI, 3 oktyabr. TELEQRAF

ABŞ Ukraynaya növbəti hərbi dəstək barədə planlaşdırılmış danışıqları dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, bunun səbəbi yüz minlərlə federal işçinin ödənişsiz məzuniyyətə göndərilməsi olub.

Nəticədə Kiyev və Vaşinqton nümayəndələrinin görüşləri ləğv edilib.