"Könüllülər koalisiyası"nın bütün üzvləri dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsinə qarşı çıxıblar.
Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlama yayıb.
V.Zelenski ərazi məsələsini yalnız Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdə müzakirə etməyə hazır olduğunu bildirərək, ölkə konstitusiyasının belə güzəştlərə yol vermədiyini qeyd edib.
AK prezidenti Ursula fon der Leyen ilə keçirdiyi brifinqdə o, həmçinin Ukraynanın Avropa İttifaqına üzv olması üçün mümkün təhlükəsizlik təminatlarından birinin olmasını arzuladığını bildirib: "Bizə NATO-nun 5-ci maddəsinin praktikada işlədiyi formatda təhlükəsizlik lazımdır. Biz isə Aİ-yə daxil olmağı təminatların bir hissəsi kimi qəbul edirik".