BAKI, 25 iyul. TELEQRAF

Hindistanın Racastan ştatında məktəb binasının bir hissəsi çöküb.

Teleqraf xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı azı 7 şagird ölüb, 29-u isə yaralanıb və onlardan ikisinin vəziyyəti ağırdır.

"Hadisə şagirdlər səhər dualarına toplaşarkən baş verib və onların bir çoxu binada olub",- məlumatda deyilir.