BAKI, 16 iyul. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidanla suriyalı həmkarı Əsəd Həsən Əl-Şeybani arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, danışıq əsnasında İsrailin Suriyaya endirdiyi zərbələr müzakirə edilib.

Hakan Fidan bildirib ki, qarşıdırmaya dərhal son qoyulmalıdır.

O vurğulayıb ki, Suriyada sülhün bərqərar olması üçün bütün səylər səfərbər edilməlidir.