BAKI, 23 fevral. TELEQRAF

“Barselona”nın gənc futbolçusu Lamin Yamal klub tarixində yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, 18 yaşlı hücumçu buna İspaniya La Liqasının XXV turu çərçivəsində “Levante”yə qarşı keçirilən və 3:0 hesablı qələbə ilə başa çatan oyunda nail olub.

Həmin görüşdə Lamin Yamal bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bu qələbə Yamal üçün “Barselona” karyerasında 100-cü qələbə olub. O, bu göstəriciyə çatmaq üçün 139 oyun keçirib.

Beləliklə, Lamin Yamal “Barselona” ilə 100 qələbə qazanan ən gənc futbolçuya çevrilib. O, bu nailiyyətə 18 yaş 244 günündə imza ataraq Boyan Krkiçi (20 yaş 133 gün) və Lionel Messini (20 yaş 271 gün) geridə qoyub.