BAKI, 23 fevral. TELEQRAF
“Selena” dondurmalarını istehsal edən müəssisə sudan qanunsuz istifadə edib.
Teleqraf xəbər verir ki, müəssisənin sudan qanunsuz istifadə etməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları tərəfindən aparılan yoxlama zamanı aşkarlanıb.
Məlumata görə, ADSEA əməkdaşları müəssisənin sudan 12 384 manat dəyərində qanunsuz istifadə etdiyini müəyyən ediblər.
“Selena” əmtəə nişanlı dondurmalar fiziki şəxs Yusubova Səringül Kərəm qızı tərəfindən istehsal olunur. Borc məbləği ilə razılaşmayan Səringül Yusubova məhkəməyə müraciət edərək borcun silinməsini tələb edib. Lakin məhkəmə onun iddiasını təmin etməyib.