BAKI, 23 fevral. TELEQRAF
"Beşiktaş"ın futbolçusu Hyön-Qü Oh Türkiyə Superliqasında son 20 ilin rekorduna imza atıb.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, cənubi koreyalı hücumçu liqanın XXIII turu çərçivəsində evdə "Göztepe"ni 4:0 hesabı ilə məğlub etdikləri oyunda qol vuraraq bu nailiyyətə imza atıb.
Ohun qolu zamanı topun sürəti saatda 122 kilometr olaraq ölçülüb. Bu göstərici ilə ulduz futbolçu Türkiyə çempionatının son 20 ilindəki ən sürətli zərbə rekordunu qırıb.
Qeyd edək ki, Hyön-Qü Oh qış transfer pəncərəsində Belçikanın "Genk" klubundan transfer edilib. O, "Beşiktaş" forması ilə meydana çıxdığı 3 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.