BAKI, 23 fevral. TELEQRAF

Fransanın PSJ klubu futbolçusu Joau Neveşlə müqaviləni yeniləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Paris təmsilçisi portuqaliyalı yarımmüdafiəçi ilə müddəti 2030-cu ilin yayına qədər olan sözləşməni razılaşdırıb. 21 yaşlı oyunçunun illik məvacibi də artırılacaq.

Qeyd edək ki, Joau Neveş 2024-cü ilin yayında Portuqaliyanın "Benfika" klubundan PSJ-yə keçib.