BAKI, 10 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp iyun ayında Haaqa şəhərində keçirilən NATO sammiti zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi ətraflı siyahı əsasında hərbi yardım tələblərindən bir neçəsini artıq təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Ukrayna tərəfi konkret məsələlər üzrə yardım istəyib və Tramp həmin tələblərdən bir neçəsini təsdiqləyib.

"Lakin hansı silah və ya texnikanın tədarükünün təsdiqləndiyi barədə dəqiq məlumat verilməyib. Hazırda tərəflər arasında əlavə yardım məsələlərinin də müzakirə olunduğu bildirilir", - məlumatda deyilir.