"Avropa İttifaqının Rusiyaya qarşı yeni 18-ci sanksiyalar paketi səs-küylü bəyanatlara baxmayaraq, əvvəlkilər kimi təsirsiz olacaq".

Teleqraf xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

"Sonuncu sanksiyalar paketi yetərincə "seksi" görünür. Onun əhəmiyyəti barəsində hamı danışır, ətrafında gözləntilər çoxdur, amma real effekti olmayacaq", - deyə hökumət başçısı bildirib.

Onun sözlərinə görə, Slovakiya 2028-ci ildən Rusiya qazının tədarükünün mümkün dayandırılmasından daha çox narahatdır.

Baş nazir vurğulayıb ki, onun vəzifəsi ölkənin və vətəndaşların maraqlarını qorumaqdır.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketi Slovakiyanın veto qoyması səbəbindən qəbul edilməyib.