BAKI, 13 iyun. TELEQRAF

London birjasında Brent markalı neftin qiyməti yanvarın 28-dən bu yana rekord həddə çatıb.

Teleqraf xəbər verir ki, hazırda bu növ neftin qiyməti barrel üçün 78 ABŞ dolları təşkil edir.

Beləliklə, israilin İrana hücumundan bəri - son dörd saatda neftin qiyməti 11 faiz bahalaşıb.

***

04.21

İsrail İranla müharibəyə başlayıb.

Teleqraf xəbər verir ki, İsrail ordusu İrana qarşı “profilaktik” hərbi əməliyyatların başladığını təsdiqləyib.

Bu arada, xam neftin dünya qiyməti 5,2% artıb.