GORANBOY, 12 iyun. TELEQRAF

Ehtiyatsızlıqdan kimyəvi maddə içən Goranboy sakini ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayonun Qaradağlı kənd sakini 1995-ci il təvəllüdlü Yavər İbrahimov xəstəxanda vəfat edib.

İlkin ehtimala görə, gənc ehtiyatsızlıqdan niatsol adlı kimyəvi maddə içib.

Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma başlanılıb.