BAKI, 9 iyun. TELEQRAF

ABŞ və Çin nümayəndə heyətləri Londonda ikinci raund ticarət danışıqlarına start verib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb

Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11-də İsveçrənin Cenevrə şəhərində keçirilən görüşlər nəticəsində yaradılıb. O vaxt Peking və Vaşinqton qarşılıqlı tətbiq edilən rüsumların qismən azaldılması barədə razılığa gəliblər. May ayına qədər bu rüsumların səviyyəsi 100%-dən çox idi.

İyunun 5-də Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp telefonla danışaraq yeni ticarət-iqtisadi danışıqlar raundunun ən qısa zamanda keçirilməsi barədə razılığa gəlmişdilər.