BAKI, 31 may. TELEQRAF

ABŞ-nin keçmiş Prezidenti Cozef Bayden prezidentliyi dövründə səhərlər Ağ Evin qarderobunda azırmış.

Teleqraf xəbər verir ki, bu barədə senator Coş Houli "Fox News" telekanalına bildirib.

O, ABŞ Məxfi Xidmətindəki mənbəyə istinad edib.

Senator deyib: "Məxfi Xidmətin əməkdaşı mənə Baydenin səhərlər Ağ Evdəki şəxsi qarderobunda azıb qaldığını söylədi. Adam şkafından çıxış yolunu tapa bilmədən Ağ Evin içərisində dolaşırmış".