BAKI, 1 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Moskvada Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini və daxili işlər naziri Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Görüşdə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin də iştirak etdiyi qeyd edilir.

"Bizim Birləşmiş Ərəb Əmirlikləri ilə çox yaxşı, mehriban münasibətlərimiz var", - Rusiya lideri danışıqlara başlamazdan əvvəl qeyd edib.